23 Aprel 2014 11:14
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Misirin Sina Yarımadasında terrorla mübarizəsini dəstəkləmək məqsədi ilə, 10 Apaçi helikopter göndərmək qərarına gəlib.

Teleqraf.com-un verdiyi məlumata görə, Pentaqon rəsmisi admiral Con Kirbinin sözlərinə görə, bu barədə ABŞ müdafiə naziri Çak Hagelin , Misir Müdafiə naziri Sidqi Sübhiyə telefon danışığı zamanı bildirib.

Hagel telefon danışıqları zamanı Sübhiye , ABŞ xarici işlər naziri Con Kerri Misirin terrorizm və silahların yayılması kimi beynəlxalq təhdidlərə qarşı mübarizəsi da daxil olmaqla, ABŞ ilə strateji əlaqəsini davam etdirdiyinə və Misir -İsrail Sülh müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərinə davam etdiyinə görə, çox məmnun olduğunu bildirib.

Ülviyyə


Müəllif: