23 Aprel 2014 11:32
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri yenidən Rusiya Xarici İşlər naziri Serqey Lavrovla telefon danışıqları aparıb.

Teleqraf.com-un verdiyi xəbərə görə, Kerri rəsmi Moskvanı Ukraynanın cənub-şərqində yerləşmiş separatçıları silahsızlaşmağa çağırmağı təklif edib. Eyni zamanda, Kerri Lavrovu Moskvanın Cenevrə sazişinin tələblərinin yerinə yetirməyəcəyi təqdirdə, Rusiyaya qarşı yeni sanksiyaların olacağı barədə məlumatlandırıb.

Kerri həm də Ukraynadakı vəziyyətin həlli üçün müsbət addımların olmamasından narahat olduğunu bildirib. ABŞ dövlət katibinin həmçinin Ukrayna baş naziri Arseniy Yatsenyukla da telefon danışıqları aparması barədə məlumat yayılıb.

Amerika tərəfi əmindir ki, Ukrayna hakimiyyəti regionlarda vəziyyətin de-eskalasiyası üçün vacib addımları atır.

Ülviyyə


Müəllif: