8 İyul 2014 02:41
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko Təhlükəsizlik Xidməti yanında Antiterror mərkəzinin rəhbəri Vasili Krutovu tutduğu vəzifədən azad edib.

APA-nın məlumatına görə, müvafiq sərəncam dövlət başçısının saytında dərc edilib.

“Krutov Vasili Vasilyeviç Ukrayna Təhlükəsizlik Xidməti yanında Antiterror mərkəzinin rəhbəri vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.

Poroşenkonun digər sərəncamı ilə Ukrayna Təhlükəsizlik Xidməti sədrinin birinci müavini Vasili Qritsak Antiterror mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Vasili Krutov 2014-cü ilin aprelindən Ukraynanın şərqində keçirilən xüsusi operativ əməliyyat qərargahına rəhbərlik edirdi.


Müəllif: