8 İyul 2014 10:17
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milyarder və Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili müəllifi olduğu sosial-maarifləndirici tok-şounun aparıcılarından biri olacaq.

GDS kanalında yayımlanacaq verilişin aparıcısının Bidzina İvanişvilinin olması barədə məlumat kanalın rəsmi facebook səhifəsində verilib.

Xəbərdə deyilir ki, “Biz sosial-maarifləndirici tok-şounun müəllifi və aparıcılarından biri Bidzina İvanişvili olacağını təsdiq edirik...Hazırda layihənin hazırlanma müddəti yaşadığını da təsdiq edirik”. Bu arada GDS telekanalı yayım formatını dəyişmək qərarına gəlib.

Belə ki, kanal hazırda musiqili, əyləncə formatında yayımlanır. “Düzdü bunun bəzi söz-səhbətlərə səbəb olmasına baxmayaraq verilişi öncə ictimai kanalda verməyi düçündük. Lakin daha sonra alternativ variantlara üstünlük verdik” deyə xəbərdə bildirilir. Buna baxmayaraq GDS verilişin ictimai kanal və ya digər bir özəl kanalıa verə biləcəyini və öz yayım formatınhı dəyişməyəcəyini istisna etmir.

Qeyd edək ki, GDS kanalının bütün səhmləri biznesmenin oğlu Bera İvanişviliyə aiddir.


Müəllif: