10 İyul 2014 01:17
460

İsrailin Qəzza zolağına hava zərbəsi endirməsi nəticəsində 51 fələstinli ölüb.

APA-nın “Interfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Ma`an agentliyinə tibb işçiləri bildirib.

Bu arada iyulun 9-da Qəzza zolağından İsrailin Dimona şəhərinə üç raket atılıb.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağını nəzarətində saxlayan HƏMAS-a qarşı əməliyyatlar davam edəcək.

Əməliyyat hələlik hava zərbələr şəklində həyata keçirilsə də, ordu tam döyüş vəziyyətinə gətirilib və istənilən an genişmiqyaslı yerüstü hücumun başlanması gözlənilir.


Müəllif: