10 İyul 2014 12:16
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bağdad BMT-yə məlumat göndərib.

Məlumata əsasən, sünni qiyamçılar Mosul şəhərinin universitetindən nüvə materiallarını oğurlayıb. Reuters agentliyinin əldə etdiyi sənədə əsasən, İraqın rəsmi nümayəndəsi BMT-yə müraciət göndərərək, nüvə materiallarının ölkədə və ölkədən kənarda istifadə olunmasının qarşısının alınması üçün yardım istəyib.

“Cihadçılar Mosul universitetindən 40 kiloqram uran birləşməsini götürüb. Nüvə materialları kütləvi qırğın silahının istehsalı üçün istifadə edilə bilər”, - deyə, müraciət məktubunda deyilib.

ABŞ rəsmiləri isə bu təhlükəni ciddi hesab etmir. Ağ Ev nümayəndələri hesab edir ki, oğurlanan maddələr arasında zənginləşdirilmiş uran olmadığı üçün, silahın hazırlanması mümkün deyil. Lakin bu fakt yeganə narahatlıq mənbəyi deyil. Belə ki, İraq rəsmiləri təsdiqləyir ki, İŞİD tərəfindən idarə olunan sünni üsyançılar bir müddət öncə fəaliyyəti dayandırılan kimyəvi silah zavoduna nəzarət edirlər. BMT-yə ünvanlanan məktubunda İraq rəsmiləri bildirib ki, onlar kimyəvi silahların məhvi ilə bağlı öhdəliklərini həyata keçirmək iqtidarında deyillər.

Bağdadın şimal-qərbindəki Muthanna kompleksi sarin və digər ölümcül maddələrlə yüklü raketlərə malikdir. BMT və ABŞ bildirib ki, həmin silah-sursat yararsız vəziyyətdədir və üsyançılar onlardan istifadə edə bilməyəcəklər. BMT Baş Katibi Ban Ki-Munun adına göndərilən məktubunda İraqın BMT-dəki səfiri Muhamed Ali Alhakim bildirib ki, üsyançılar iyunun 11-də mühafizəçi əsgərləri tərki-silah edərək kompleksi ələ keçiriblər. Sənəddə bildirilir ki, Muthanna müşahidə sisteminin göstərdiyinə görə, zavodda “bir sıra təchizat və cihaz qarət edilib”.

Ülviyyə


Müəllif: