10 İyul 2014 14:53

Türkiyədə beş müxalifət partiyasının prezidentliyə namizədi, İslam Əməkdaşlqı Təşkilatının (İƏT) sabiq rəhbəri Ekmələddin İhsanoğlu pulsuzluqdan şikayətlənib.

Teleqraf.com-un məlumatına görə, İhsanoğlu bildirib ki, maddi vəsaitləri az olduğu üçün seçki kampaniyasını istənilən səviyyədə apara bilmirlər.

Müxalifətin namizədi həmçinin Ərdoğanı öz seçki kampaniyası üçün bütün inzibati resurslardan istifadə etməkdə günahlandırıb.

Qeyd edək ki, İhsanoğlu dünən özünə seçkiqabağı şüar olaraq "Ekmək üçün Ekmələddin" şüarını seçib.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək.

Ruslan


Müəllif: