Türkiyədə “Milli Suverenlik və Uşaq Bayramı” çərçivəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın kreslosuna Ankara Muazzez Qaraçay məktəbi şagirdi Göker İnan oturub.
Teleqraf.com-un məlumatına görə, Ərdoğanla yanaşı oturan kiçik “nazir” jurnalistlərin suallarını cavablandırıb. Göker İnanın verdiyi cavablar Ərdoğanı güldürüb, məktəblinin “Twitter-dən istifadə etmirəm” cavabını baş nazir alqışla qarşılayıb.
G.İnan kreslosunda oturmağa icazə verdiyi üçün Ərdoğana təşəkkür edib: “Bu müqəddəs günü bizə hədiyyə edən Mustafa Kamal Atatürkə dəxüsusi təşəkkür edirəm”.
Twitter-dən istifadə edirsinizmi sualına gənc “nazir” belə cavab verib: “Twitter-in nə olduğunu bilirəm, amma istifadə etmirəm. Ailəm də balaca olduğuma görə icazə vermir”.
Onun bu cavabına Ərdoğan “Məndən alqış gözləyirsən?”-deyib alqışlamağa başlayıb.