11 İyul 2014 11:43
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təşkilatdan verilən məlumata görə, ölkənin şərqində dinc vətəndaşlar qaçırılır, döyülür, girov götürülən jurnalistlər isə işgəncələrə məruz qalır.

“Ukraynanın şərqində insan oğurluğu və işgəncələr” adlı hesabatda, yüzlərlə qaçırılan insan haqda məlumat toplanıb.

“Ən çox vətəndaş, silahlı separatçılar tərəfindən qaçırılır. Onların qurbanları çox vaxt döyülür, işgəncələrə məruz qalır”, - deyə, Amnesty International təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeev bildirib.

Onun sözlərinə görə, hüquq müdafiəçiləri hökumət tərəfdarlarının da insan qaçırdığını sübut edən dəlillər var. “Lakin bu hallara daha az rast gəlinir”.

Təşkilat iddia edir ki, insanların qaçırılması birmənalı olaraq siyasi motiv daşıyır.

Ülviyyə


Müəllif: