11 İyul 2014 14:44

Çində uşaqları aparan mikroavtobus aşaraq gölə düşüb.

Hadisə nəticəsində nəqliyyatda olan bütün sərnişinlər - 8 uşaq, iki müəllim və sürücü boğularaq ölüb. Hadisə Çinin Hunan vilayəti, Çanşa şəhəri yaxınlığında baş verib.

Qəzanın səbəbləri hələlik məlum deyil. Lakin yerli mətbuatın yaydığı xəbərə görə, avtobusun aşdığı yol olduqca təhlükəlidir. Yolun qıraqlarında heç bir maneə və ya baryer qoyulmadığı bildirilir.

Bundan əlavə, verilən məlumata görə avtobus 7 sərnişin üçün nəzərdə tutulduğu halda, əlavə 4 sərnişin də götürülüb.

Ülviyyə


Müəllif: