8 Aprel 2014 12:41
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinada güclü yağışlar və fırtına nəticəsində 300 mindən çox insan təxliyə edilib. “Reuters” xəbər verir ki, təbii fəlakət artıq 70 yaşlı qadının həyatına son qoyub.

Hazırda ən güclü yağılar və külək ölkənin mərkəzində - Santa-Fe, Kordova və Neuken vilayətlərində müşahidə edilir. Bu vilayətlərdə yolların böyük əksəriyyəti, bir sıra küçələr yağış suları altında qalıb.

Rio-Neqro, Entre-Rios, Katamarka və Santyaqo-de-Estero vilayətlərində isə təbii fəalkətlə əlaqədar olaraq 300 mindən çox insan evakuasiya edilib. Bu vilayətlərdə 200 millimetrə qədər yağındı düşübkü, bu da bu regionlar üçün olan illik normadan artıqdır


Müəllif: Teleqraf.com