14 İyul 2014 00:09
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada döyüş bölgələrindən 40 min nəfərdən çox insan başqa ərazilərə köçürülüb.

ANS PRESS-in məlumatına görə, köçürülənlər arasında 14.8 min uşağın olduğu da deyilir.

Fövləqadə Hallar üzrə Ukrayna dövlət xidmətinin xəbərində deyilir ki, insanların köçürülməsində əsas məqsəd antiterror əməliyyatlarının həmin bölgələrdə keçirilməsidir.

"Yerdəyişmələrin çoxu vətəndaşların öz istəkləri hesabına baş verir. Onlar demək olar ki, öz qohum və yaxınlarının yanına gedirlər. Bu baxımdan dəqiq statistika aparmaq qeyri-mümkündür, çünki belələri köçən zaman bizim xidmətdə qeydiyyata düşmürlər", - deyə Ukrayna dövlət xidməti bildirir.


Müəllif: