14 İyul 2014 10:26
2 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya xilasediciləri artıq “Kosta Konkordiya” turistik laynerinin dəniz dibindən üzə çıxarılması əməliyyatının sonuncu mərhələsinə start verib.

Laynerin çıxarılması üçün bərkitmə işləri, demək olar ki bitib.

Daha sonra gəmi Genuya sahillərinə aparılacaq.

Qeyd edək ki, “Kosta Konkordiya” turistik gəmisi 2012-ci ilin yanvar ayının 13-də Aralıq dənizində üzərkən batıb.

Hadisə nəticəsində 32 nəfər ölüb. Layneri dəniz dibində yalnız ötən ilin sentyabr ayında şaquli vəziyyətə gətirmək mümkün olub. Bundan öncə gəmi Cilyo adasının yaxınlığında, batdığı yerdə qalmışdı. Gəminin kapitanı Françesko Skettino məsuliyyətsizlikdə və adam öldürməkdə ittiham edilir.

Ülviyyə


Müəllif: