24 Aprel 2014 00:05
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın təhsil nazirinin kortejinin getdiyi yolda güclü partlayış baş verib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə İraqın "Əs-Sumariyyə" telekanalına briqada generalı Məhəmməd əd-Duleymi bildirib.

"Bomba Əl-Mənzilyə kəndi yaxınlığında (Kərkükdən 90 km cənub-şərqdə) yolun kənarında partlayıb. Hücumun hədəfi Bağdaddan Kərkükə gedən təhsil nazirinin korteji olub", - əd-Duleymi deyib.

Onun sözlərinə görə, partlayış zamanı nə nazir, nə də onun ətrafındakı insanlar zərər çəkib.

Nihad


Müəllif: