20 Aprel 2017 19:39
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ölkə lideri İŞİD-ə qarşı mübarizə məsələsini müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında görüş mayın 16-17-də Vaşinqtonda keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə prezidenti özü bildirib.

İki ölkə liderinin müzakirə edəcəyi əsas mövzunu terrorizmə və İŞİD qruplaşmasına qarşı mübarizə məsələsi təşkil edəcək.


Müəllif: Teleqraf.com