21 Aprel 2017 01:28
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdlərə 4400 ədəd M16A4 avtomatı, 46 ədəd M20 pulemyotu da veriləcək

ABŞ İraqdakı Kürd Muxtar Vilayətinin peşmərgə qüvvələrinə hərbi yardım edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ 300 milyon dollarlıq hərbi yardım edəcəyini açılayıb. Kürdlərə 4400 ədəd M16A4 avtomatı, 46 ədəd M20 pulemyotu, 186 ədəd M240 pulemyotu, 113 ədəd HMMVV zirehli avtobili, 36 ədəd 105 millimetrlik M119A2 qaubitsası veriləcək.

Qeyd edək ki, ABŞ İraqa girdiyi 2003-cü ildən bu yana kürdlərə daha çox dəstək verib. Təkcə amerikalılar yox, İŞİD-lə aparılan savaş müddətində avropalılar da yetəri qədər kürdlərə silah veriblər.


Müəllif: Teleqraf.com