21 Aprel 01:42

Seçkilərdə indiki prezidenti Həsən Ruhanidən başqa beş namizəd iştirak edəcək

İslam İnqilabı Keşikçiləri Şurası İranın keçmiş prezidenti Mahmud Əhmədinejada prezident seçkilərində iştirak etməyə icazə verilməyib.

Teleqraf.com-un məlumatına görə, Əhmədinejad apreldə prezident seçkiləri üçün namizəd qismində qeydiyyatdan keçib.

Seçkilərdə indiki prezidenti Həsən Ruhanidən başqa beş namizəd iştirak edəcək. Prezident seçkiləri mayın 19-da keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl İranın Ali lideri ayətulla Əli Xamneyi M.Əhmədinejatı seçkilərdə iştirak etməməyə çağırmışdı.


Create Account



Log In Your Account