21 Aprel 2017 10:44
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq hökuməti Türkiyə Prezidenti Ərdoğanın “Əl-Cəzirə” kanalına verdiyi müsahibə zamanı işlətdiyi bəzi fikirlərdən narazı qalıb və Türkiyənin İraqdakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Teleqraf.com xəbər verir ki, rəsmi Bağdad Ərdoğanın müsahibədə İraq ordusuna dəstək verən və əksəriyyəti şiə polislərdən ibarət Haşdi Şabi qrupunu terror təşkilatı kimi təqdim etməsi olub.

Türkiyənin İraqdakı səfiri Fatih Ulduz XİN-ə dəvət edilib və ondan izahat istənilib. Bundan başqa, rəsmi Bağdadın narazılığını və etirazını Ankaraya çatdırmaq üçün səfirə nota təqdim edilib.

Cavad


Müəllif: