21 Aprel 2017 11:26
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda müdafiə nazirinin müavinlərinin təyinatı məsələsi parlamentin səlahiyyətlərinin bitməsi ilə əlaqədar gecikir. Bu barədə aprelin 21-də keçirilən mətbuat konfransında Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.

Qeyd edək ki, daha öncə nazir müavini vəzifələrinə Ardak Zakaryan və Ardak Davtyanın təyin ediləcəyi bildirilirdi.

Erməni nazirin sözlərinə görə, onların hər ikisi faktiki olaraq hazırda işləyir və təyinat məsələləri həll edilib.

"Parlament funksiyalarının başa çatdıqdan sonra rəsmi təyinat olacaq"- deyə V.Sarkisyan vurğulayıb. (azvision.az)


Müəllif: