21 Aprel 12:54
106

Aprelin 3-də Sankt-Peterburq metropolitenində törədilən terror aktında ağır yaralananlardan daha biri bu gün səhər xəstəxanada dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” Peterburqun vitse-qubernatoru Anna Mityaninaya istinadən məlumat yayıb.

“Terror aktında ağır yaralanmış 1960-cı il təvəllüdlü qadın cümə günü 06:05-də dünyasını dəyişdi”, - vitse-qubernator Tvitterdə yazıb.

Bununla da terror aktı nəticəsində həlak olanların sayı terrorçu-kamikadze də daxil olmaqla ümumilikdə 16-ə nəfərə çatıb.

Qeyd edək ki, əldə hazırlanmış bombanın metro vaqonunda partladılması nəticəsində 15 nəfər həlak olmuş, 50-dən artıq insan yaralanmışdı. Terror aktını törətməkdə şübhəli bilinən Qırğızıstan əsilli Akbarjon Cəlilov özü də ölüb.

Səxavət


Müəllif: