21 Aprel 13:17

Bir qrup müəllim aprelin 20-də Zəncan valiliyi qarşısında etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “GAMAC.info” saytı yayıb. Əllərində plakatlar olan müəllimlər 11 ildir gözlədikləri tikinti layihəsinin başa çatmadığı və hələ də evlərinin təhvil verilmədiyindən şikayətləniblər.

Qeyd edək ki, sözügedən tikinti layihəsinin təməli Mahmud Əhmədinejadın prezidentliyi dönəmində qoyulub. 11 il ərzində layihənin 90 faiz işləri görülüb, lakin hələ də yekunlaşmayıb. 4 il öncə layihənin podratçısı dəyişib.

Zəncan müəllimləri bu özbaşınalığa görə dəfələrlə etiraz aksiyası keçiriblər.


Müəllif: