21 Aprel 2017 13:38
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naməlum şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk vilayətindəki idarəsinə hücum edib.

Teleqraf.com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, o, idarədəki mühafizə zonasını keçmədən içəridəkilərə atəş açıb.

Hadisə zamanı idarənin iki əməkdaşı ölüb, içəridə olan 1 ziyarətçi isə xəsarət alıb.

Cinayətkar zərərsizləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Samir


Müəllif: