21 Aprel 2017 14:48
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə daha iki əsgər şəhid olub.

Teleqraf.com xəbər verir ki, bu gün səhər saatlarında Şirnakın Uludərə məhəlləsində bir qrup PKK terrorçusu Şenyuva bazasına hücum edib. Hücum zamanı 2 əsgər şəhid olub, ikisi isə yaralanıb. Hücumdan dərhal sonra ərazi boşaldılıb, bölgəyə xüsusi birliklər cəlb edilib. Hazırda atışma davam edir.

Xatırladaq ki, bu gün səhər saatlarında Türk Silahlı Qüvvələri son vaxtlar həyata keçirilən hərbi əməliyyatlar, terrorçuların zərərləşdirilməsi, ələ keçirilən silah, narkotik və digər məsələlərlə bağlı xüsusi açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, son bir həftə ərzində həyata keçirilən əməliyyatlar zamanı 5 əsgər şəhid olub, 45 terrorçu zərərsizləşdirilib.

Cavad


Müəllif: