21 Aprel 2017 17:48
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın insan hüquqları üzrə müvəkkili – ombudsman Arman Tatoyanın bu gün keçirdiyi mətbuat konfransı zamanı insident baş verib.

Teleqraf.com nyus.am-a istinadən xəbər verir ki, A.Tatoyan ötən ilin iyulunda baş vermiş hadisələrlə bağlı növbədənkənar ictimai məruzəsini təqdim edərkən, bir qrup gənc əllərində plakat zala daxil olub. Plakata “Respublika Partiyasının havadarı” yazılıb. Gənclər əllərindəki plakatı tribunaya ataraq, oradan uzaqlaşıblar.

A.Tatoyan bu olaya heç bir reaksiya verməyib və məruzəsinə davam edib.

Qeyd edək ki, Respublika Partiyasına Serj Sərkisyan başçılıq edir.

Səxavət


Müəllif: