23 Aprel 2017 13:29
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Rusiyanın Çelyabinsk vilayətinin Plastovsk rayonunda qızıl hasilatı şaxtasında uçqun olub.

Bu gün səhər saatlarında Rusiyanın Çelyabinsk vilayətinin Plastovsk rayonunda qızıl hasilatı şaxtasında uçqun nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çelyabinsk vilayət Operativ Xidməti məlumat yayıb.

Xəsarət alan şaxtaçının durumu yaxşıdır, həyatı üçün təhlükə yoxdur.

10.34

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 163 şaxtaçı evakuasiya edilib, 3 şaxtaçının taleyi məlum deyil.

Uçqun 700 m dərinlikdə baş verib. Hadisə yerində 20 mütəxəssis, yanğınsöndürən-xilasedicilər və təcili yardım briqadası cəlb edilib.


Müəllif: