23 Aprel 2017 12:24
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə Koreya Xalq Demokratik Respublikasında bilinməyən səbəbdən Koreya əsilli ABŞ vətəndaşı həbs olunub.

"Report" xəbər verir ki, bu iddia ilə hökumət mənbələrinə istinadən "Yonhap" agentliyi çıxış edib.

Qeyd olunur ki, təqribən 50 yaşı olan Kim soyadlı kişi ölkədən uçmağa hazırlaşdığı Pxenyan hava limanında saxlanılıb. Həmçinin məlumdur ki, amerikalı əvvəllər Çinin Yanbyan-Koreya muxtar dairəsindəki universitetlərdən birində dərs deyib. O, KXDR-də humanitar yardım həyata keçirən müxtəlif proqramlarda iştirak edib.
Bu, son bir neçə ildə Şimali Koreyada saxlanılan artıq 3-cü Amerika vətəndaşıdır.


Müəllif: