23 Aprel 2017 12:39
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma papası Fransisk Romanın müqəddəs Varfolomey bazilikasında şənbə ibadəti zamanı İtaliya və Yunanıstandakı Yaxın Şərq və Afrikadan olan qaçqınlar üçün nəzərdə tutulmuş mərkəzləri həbs düşərgələri ilə müqayisə edib.

"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"Qaçqınlar üçün nəzərdə tutulmuş bu düşərgələrdən bir çoxları insanlarla doldurulmuş həbs düşərgələridirlər. Çünki beynəlxalq sazişlər insan haqlarından daha vacib hesab olunur", - deyə pontifik bildirib.


Müəllif: