23 Aprel 2017 13:41
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın xarici işlər naziri Fumio Kişida Çini Şimali Koreyanın nüvə və raket proqramlarına münasibətdə daha məsuliyyətli olmağa çağırıb.

Jurnalistlərin suallarını cavablandıran F.Kişida bildirib ki, Yaponiya ABŞ, Cənubi Koreya və G7-nin üzvü olan digər ölkələrlə Çinə təzyiq göstərərək həmin məsələnin həllinə çalışacaq.

Nazir əlavə edib ki, aprelin 25-də Yaponiya Şimali Koreya məsələsi ilə əlaqədar ABŞ və Cənubi Koreyanın əsas nümayəndələrinin iştirakı ilə keçiriləcək görüşə sədrlik edəcək.

F.Kişida ümid etdiyini bildirib ki, görüş bu üç ölkə arasında əməkdaşlığın növbəti təsdiqi olacaq.


Müəllif: