23 Aprel 2017 15:25
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 23-də Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı, həmçinin Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 97-ci ildönümü qeyd olunur. Bu münasibətlə ölkənin bütün ərazisində, o cümlədən təhsil müəssisələrində tədbirlər, şənlik və konsertlər təşkil olunub. Küçə və meydanlar bayramsayağı bəzədilib.

Baş nazir Binəli Yıldırım, milli təhsil naziri İsmət Yılmaz, TBMM-nin rəhbər şəxsləri, siyasi partiyaların liderləri və digər rəsmi şəxslər, həmçinin məktəblilər, eləcə də ölkə ictimaiyyətinin nümayəndələri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.


Müəllif: