23 Aprel 2017 17:43
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölənlərdən biri uşaqdır

Suriyanın şimalında yerləşən İdlib vilayətinin Cisr Eş-Şuğur kəndinə vakum bombasının atılması nəticəsində 7 mülki vətəndaş həyatını itirdi.

Teleqraf.com xəbər verir ki, İdlib Mülki Müdafiə Xidmətinin nümayəndəsi Mustafa əl-Əhməd bildirib ki, rus təyyarəsinin atdığı bomba nəticəsində ölənlərdən biri uşaqdır.

O, çox sayda evin yerlə bir olduğunu, yaralanan mülki şəxslərin ətrafdakı səhra hospitallarına yerləşdirildiyini söyləyib.

Hadisə yerində dağıntılar altında qalanların olduğu da ehtimal edilir. Xilasetmə işləri davam edir.


Müəllif: