23 Aprel 2017 23:29
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahzadə Xalid ABŞ-ə səfir təyin edildi

Səudiyyə Ərəbistanı kralı Salman bir neçə fərmanı imzalayaraq keçən ilin sentyabr ayında neft qiymətlərinin azalması nəticəsində hərbi və dövlət qulluqçularının maaşlarının və bonuslarının kəsilməsi barədə qərarı ləğv edib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ayrı bir qərarla kral dövlət qulluğu nazirini işdən çıxararaq, onun barəsində səlahiyyətlərindən sui-istifadə ittihamı üzrə araşdırma aparılmasını əmr verib.

O, həmçinin oğlu şahzadə Xalidi ABŞ-ə səfir təyin edib və ona cavabdeh olan yeni milli təhlükəsizlik mərkəzi təsis edib.

Kral həmçinin Yeməndə Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi əməliyyatlarda qulluq edən hərbçilərə əlavə olaraq iki ayın maaşının ödənməsinə əmr verib.

ABŞ-a yeni səfir təyin edilmiş şahzadə Xalid ABŞ-da təlim almış hərbi pilotdur. O, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya Suriyada hava zərbələri endirib.

Fərmanda nazirlər və dövlət qulluqçularının maaşlarının kəsilməsi, azalan neft qiymətləri ilə əsaslandırılıb. Keçən ilin yanvar ayında bir barrel neftin qiyməti 28 dollara enmişdi.

2015-ci ildə 128 milyard dollar həcmində maaş və xərc vəsaitləri hökumət xərclərinin 45 faizini təşkil edərək büdcədə rekord 98 milyard dollar kəsirin yaranmasında öz rolunu oynayıb.
İndi neftin qiyməti təxminən bir barrelə 52 dollara qalxıb və nazirlər ilin ilk rübündə büdcənin icrasının gözlənildiyindən yaxşı olduğunu bildiriblər.

Keçən ilin büdcə kəsirləri nəticəsində nazirlərin maaşı 20 faiz azaldılmışdı və Məcliş əş-Şura üzvlərinə avtomobil və ev xərcləri üçün verilən vəsait 15 faiz azaldılmışdı.

Kiçik rütbəli dövlət qulluqçuların maaş artımı dondurulmuş, illik məzuniyyətləri azaldılmış və əlavə vaxt vəsaiti ləğv edilmişdi.

2015-ci ildə 128 milyard dollar həcmində maaş və xərc vəsaitləri hökumət xərclərinin 45 faizini təşkil edərək büdcədə rekord 98 milyard dollar kəsirin yaranmasında öz rolunu oynayıb.


Müəllif: Teleqraf.com