24 Aprel 2017 00:12
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Katolik Kilsəsinin lideri Romada miqrantlarla görüşdü

Papa Francis Avropanın miqrant və qaçqınlar üçün saxlanma mərkəzlərini konsentrasiya düşərgələrinə bənzədib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Roma Katolik Kilsəsinin lideri bu sözləri Romada miqrantlarla görüşündə deyib.

O, qaçqınları qəbul edənlərə təşəkkür etsə də, "beynəlxalq sazişlərin insan hüquqlarından daha çox üstünlük" verilməsindən şikayətlənib.

Amerika Yəhudi Komitəsi Papanı konsentrasiya düşərgələri barədə şərhini "təəssüfedici" saydığını bildirib.

Ölüm düşərgələr 2-ci Dünya Müharibəsindən əvvəl istifadə edilsə də, onları ən çox tanıdan nasistlər tərəfindən qul əməyi və milyonlara yəhudi və digər azlıqların məhv edilməsi üçün istifadə edilməsidir.

"Səxavətli insanlar"

Şənbə günü Müqəddəs Varfolomey Bazilikasında miqrantlarla görüşündə Papa Francis onlara keçən il Yunanıstanın Lesvos adasında yerləşən düşərgəyə etdiyi səfər barədə danışıb.

Lesvosda görüşdüyü bir miqrantan xristian yoldaşının döş xaçını yerə atmaqdan imtina etdiyinə görə islamçı döyüşçülər tərəfindən öldürüldüyünü eşitdiyini deyib.

"Onun konsentrasiya düşərgəsindən sağ çıxıb-çıxmamasını bilmirəm. Onların çoxu konsentrasiya düşərgəsidir, ona görə ki...miqrant düşərgələrində hələ də çox sayda insan var", o, deyib.

O deyib ki, qaçqınları qarşılayan "səxavətli insanlar bu əlavə yükü daşımalıdırlar, çünki görünür ki, beynəlxalq sazişlər insan hüquqlarından daha üstün tutulur".

Papa sözlərini izah etməyib. Lakin Avropa İttifaqının (Aİ) Türkiyə və Liviya ilə əldə etdiyi sazişlər əsasında ölkələr miqrantların Aİ-ə gəlmə cəhdlərinin qarşısını alırlar.

Amerika Yəhudilər Komitəsinin rəhbəri David Harris "konsentrasiya düşərgəsi" sözünün istifadəsini tənqid edib.

"Hazırda bəzi Avropa ölkələrində miqrantların saxlanma şəraiti pis ola bilər və beynəlxalq diqqət mərkəzinə çevirilməyə layiq də ola bilər, amma onlar əlbəttə ki, konsentrasiya düşərgələri deyillər", o, əlavə deyib.


Müəllif: Teleqraf.com