24 Aprel 2017 09:21
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işinə başlayır.

Sessiya zamanı AŞPA-nın vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim vəzifələrinə seçkilər keçiriləcək, Büro və Daimi Komitənin hesabatları dinləniləcək. Parlamentarilər Bolqarıstanda keçirilmiş parlament seçkilərinin monitorinqinin nəticələrinə, Türkiyənin demokratik institutlarının fəaliyyətinə dair hesabatları müzakirə edəcəklər.

Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland və Yunanıstan Prezidenti Prokopis Pavlopulos AŞPA deputatları önündə çıxış edəcəklər.

AŞPA sessiyası işinə aprelin 28-də yekun vuracaq. (report.az)


Müəllif: