24 Aprel 2017 11:03
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Naqif Həmzəyev 2017-ci ilin MDB məkanında Ailə İli elan olunması ilə əlaqədar Tacikistanın paytaxtında keçiriləcək “Ailə ocağı” mövzusunda forumda iştirak etmək üçün Düşənbəyə gedib.

Teleqraf.com xəbər verir ki, MDB ölkələri könüllülərinin təşəbbüsləri forumunda deputat “Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusunda məruzə edəcək. Forum çərçivəsində MDB məkanındakı gənclər təşkilatları və assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılacaq, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsinə diqqət yetiriləcək, demoqrafiya siyasəti nəzərdən keçiriləcək.

Cavad


Müəllif: