24 Aprel 2017 13:15
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın BFM Biznes kanalında “Dünyada 7 gün” proqramında çıxış edən politoloq Filipp Moro Defarjın Türkiyə Prezidenti Ərdoğan haqqında işlətdiyi ifadələr rezonansa səbəb olub.

Teleqraf.com xəbər verir ki, Fransa Beynəlxalq Əlaqələr İnstitutunun aparıcı mütəxəssisi olan Defarj Türkiyənin Avropa Birliyinin üzvü olmayacağını, əgər üzvlüklə əlaqədar razılaşma imzalanarsa, 27 ölkənin hər birinin bu sazişi təsdiqləməsinin lazım olduğunu bəyan edib.

Mütəxəssis Türkiyədəki referendumun nəticələrinə etiraz etmək üçün hüququ yolların bağlandığını deyib: “Bunun başqa variantı ya vətəndaş müharibəsi, ya da, bunu söyləmək çətin olsa da, onun (Prezident Ərdoğanın) öldürülməsidir”.

Proqram başa çatdıqdan sonra izləyicilər efirdən cinayət çağırışı edildiyini dilə gətirib. Fransada yaşayan çoxsaylı türklər isə Prezident Ərdoğan haqqında bu ifadənin qəbuledilməz olduğunu bəyan ediblər.

Bundan başqa, Fransanın Televiziya və Radioya Nəzarət Şurasına şikayət də edilib. Vətəndaşlar Defarjın çalışdığı Fransa Beynəlxalq Əlaqələr İnstitutunu, habelə ona efir vaxtı verən televiziya kanalını üzr istəməyə çağırıb.

Türkiyənin Parisdəki səfirliyinin də məsələyə müdaxiləsindən sonra Defarj Tvitter hesabından şərh paylaşaraq üzr istəyib.

Cavad


Müəllif: