24 Aprel 2017 14:21
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hakimiyyəti Rusiya vətəndaşları üçün tətbiq etdiyi ölkə ərazisində vizasız qalma müddətini 60 gündən 90 günə qaldırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu Agentliyinə ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz rusların Türkiyədə qalma müddətini 60 gündən 90 günədək uzatmaq qərarına gəlmişik”, - nazir bildirib.

Qeyd edək ki, 2015-ci ilin noyabrında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 qırıcısı ilə bağlı baş vermiş insidentdən sonra Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmışdı. Ancaq Ankara analoji addım atmamışdı.

Bu il martın 10-da Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında vizasız rejimlə bağlı əlavə tədbirlər görülməsinin vacibliyini bildirmiş, məsələnin yaxın vaxtlarda həll olunacağına ümid etdiyini vurğulamışdı. Rusiya Prezidenti Vladimir Putin öz növbəsində Türkiyədən əməkçi miqrantlara qoyulan qadağanın yaxın vaxtlarda aradan qaldırılacağını qeyd etmişdi.

Səxavət


Müəllif: