24 Aprel 2017 16:57
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saxta erməni soyqrımının 102-ci ildönümü günündə gözlər Ağ Evə dikilib.

Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu gün ilk dəfə 1905-ci il 24 aprel hadisəsinə dair çıxış edəcək.

Bəlli olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 80-dan çox üzvü prezident Donald Trampa müraciət edərək, 1905-ci il hadisələrini “soyqrım” adlandırılmasını xahiş edib. Müraciətdə keçmiş respublikaçı prezident Ronald Reyqanın 1981-ci ildə “soyqrım” ifadəsi işlətdiyi xüsusi olaraq vurğulanıb.

Ancaq Vaşinqtonda Trampın ondan əvvəlki prezident Barak Obama kimi bu ifadəni işlətməyəcəyi mövqeyi hakimdir.

Dünən “Nyu York Tayms” qəzeti də Konqres üzvlərinin çağırışına baxmayaraq, Trampın bu sözü dilinə gətirəcəyinin az ehtimal olunduğunu vurğulayıb. Qəzet Prezident Trampın 16 aprel referendumundan sonra Türkiyə dövlət başçısı Ərdoğanı təbrik etməsi faktını irəli çəkərək, “soyqrım” ifadəsinin işlədilməsi ehtimalının sıfıra bərabər olduğu qeyd edib.

Xatırladaq ki, Prezident Obama hər il 24 aprellə bağlı çıxış etsə də, heç vaxt bu hadisəni soyqrım aktı kimi qiymətləndirməyib. Obama 1905-ci il hadisələri haqda müraciətində "fəlakət" ifadəsini işlədib.

Cavad


Müəllif: