26 Aprel 2017 09:09
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizanslı kahin və tarixçi Laonikos Kalkokondilesin Osmanlı imperiyasının süqutu və Türkiyə haqqında proqnozları hələ də aktualdır.

Teleqraf.com Laonikos Kalkokondilesin Yutubda yayımlanan proqnozlarının doğru çıxan və təsdiqini tapmayan bir neçə öngörüsünü təqdim edir:

1. Katolik kilsəsi ilə İstanbuldakı ortodoks (pravoslav) kilsəsi birləşəcək. (Bu hadisə 2006-cı ilin noyabrında həyata keçməli idi.)

2. Osmanlı imperiyasının süqutu daxildən başlayacaq. Fateh Sultan Məhmədin hakimiyyətindən sonra 16-cı padşah zamanı ilk çaxnaşmalar başlayacaq. (Sözü gedən həmin padşah III Məhməddir. Onun padşahlıq illərində Patron Xəlil üsyanı baş verib və osmanlının çöküşü başlayıb.)

3. Türk imperatorluğunun süqutu 1920-ci ilə təsadüf edəcək. Bu hadisədən sonra xristian torpağında doğulan bir müsəlman lider Qərb tərəfindən diqqətə alınmayacaq. Lakin bu şəxs türk dövlətini yenidən quracaq. (Xristian torpağında doğulan şəxs isə Mustafa Kamal Atatürkdür.)

4. İstanbulu ələ keçirən padşahın adı ilə onu təslim edəcək padşahın adı eyni olacaq. (İstanbulu Fateh Sultan Məhməd fəth edib. VI Məhməd, yəni Sultan Vəhdətdinin dövründə isə "Sevr" müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əməl edilsəydi, Qərb İstanbulu fəth edəcəkdi. Hər iki padşahın adı Məhməddir. Bu proqnoz da doğru çıxıb.)

5. Yeni türk dövlətini 11 hərfdən ibarət 11-ci lider idarə edən zaman dövlət çox böyük çətinlik yaşayacaq. Birləşmiş xristian padşahlıqları türk dövlətinin sonunu gətirəcək. (Yeni türk dövlətinin 11-ci lideri isə Abdullah Güldür və ptezidentin adı 11 hərfdən ibarətdir. Proqnoza görə, onun dövründə türk dövləti dağılma təhlükəsi yaşayacaqdı. Kahin Birləşmiş xristian padşahlıqları dedikdə Avropa Birliyini nəzərdə tutur. Amma öngörüdə deyildiyi kimi, türk dövləti dağılmadı və proqnoz doğru çıxmadı.)

6. İstanbulun məscidləri və Ayasofyanın üstünə xaçlar qoyulacaq və şəhər məhv olacaq.

Təhlükə yalnız orda yaşayan insanların dinlərini dəyişəcəyi təqdirdə dayandırılacaq və şəhər lənətdən qurtulacaq.
Bütün şərq ölkələri xristianlar tərəfindən fəth olunacaq…

Xatırladaq ki, bizanslı kahin və tarixçi Laonikos Kalkokondiles 1425-ci ildə anadan olub, 1490-cı ildə vəfat edib. Tarixçi ömrünün bir hissəsini Türkiyədə keçirib.

Daha ətraflı təqdim etdiyimiz videoda:

Rəqsanə


Müəllif: