26 Aprel 2017 12:36
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Onur-Air hava yollarına məxsus Airbus-320 təyyarəsində dava düşüb.

Teleqraf.com xəbər verir ki, İstanbul-Elazığ istiqamətində uçan təyyarədə iki sərnişin arasında başlayan dava təyyarə yerə enənə qədər davam edib. Dava uzun çəkdiyindən bəzi sərnişinlər əsəblərinə hakim ola bilməyib. Nəticədə davada iştirak edənlərin sayı çoxalıb. Bu da təyyarənin kapitanının etirazına səbəb olub. Saat 23.30-da yerə enən təyyarənin kapitanı dərhal polis çağırıb. Xarici ölkə vətəndaşı olan mübahisə tərəflərindən biri dərhal təyyarədən endirilib. Lakin onun barəsində şikayət olmadığı üçün az sonra sərbəst buraxılıb.

Xatırladaq ki, Türkiyədə Mülkü Aviasiya Baş İdarəsi uçuş təhdidi yaradan bu kimi hallarda sərnişini 1500 lirə cərimə edir.

Cavad


Müəllif: