26 Aprel 2017 12:50
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın hərbi kəşfiyyatı Fransada keçirilən prezident seçkilərinə müdaxilə edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hədəf prezident postuna ən şanslı namizəd hesab edilən Emmanuel Makronun seçki qərargahı olub.

Fransız mətbuatında çıxan xəbərə görə, Trend Mikro təhlükəsizlik şirkətinin mütəxəssisi Feyke Hakbord bildirib ki, rus hərbi kəşfiyyatında çalışan “Pavn Storm” adlı haker qrupu elektron ünvanlardan şəxsi məlumatları əldə etməklə Makronun seçki kampaniyasına müdaxilə edib.

Feyke Hakbord eyni üsuldan istifadə edilərək, ABŞ-da prezidentliyə namizəd Hillari Klintonun, eləcə də Almaniya kansleri Angela Merkelin partiyasına belə hücumlar təşkil edildiyini xatırladıb.

Fransanın Kiber Təhülkəsizlik Agentliyinin mütəxəssislərindən biri də prezidentliyə namizəd Makronun seçki qərargahına hücum təşkil edildiyini təsdiqləyib.

Cavad


Müəllif: