26 Aprel 2017 17:57
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ərdəhan şəhərində ev tikmək üçün bünövrə qazıntısı zamanı rus generalına aid tabut çıxıb.

Teleqraf.com xəbər verir ki, bundan sonra “rus generalının tabutu tapıldı” xəbəri şəhərdə sürətlə yayılıb və qısa müddətə minlərlə insan tabuta baxmaq üçün tikinti sahəsinə gəlib.

Tabutda rus generalının mumiyalanmış kimi görünən saçı və saqqalının hələ də yerində olması xüsusi diqqət çəkib. Generalın 1877-1878-ci illərdə Osmanlı-Rus müharibəsi zamanı öldüyü ehtimal olunur.

Polis hadisə yerinə gələrək qazıntı gedən sahədə təhlükəsizlik tədbirləri görüb. Eyni zamanda tabutun müəyyən olunduğu əraziyə Qars Müzey İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıb. Tabutda rus generalına aid çürüməmiş çəkmə və şinel var.

Cavad


Müəllif: