27 Aprel 2017 15:15
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırova sui-qəsdlə bağlı istintaq başa çatıb.

Teleqraf.com “Rosbalt”a istinadən xəbər verir ki, müttəhimlər kürsüsündə üç çeçen vətəndaşı – keçmiş mühafizəçi İsa Yamadaev, “Vostok” taborunun keçmiş komandiri Beslan Zakarayev və qonşusu Şamxan Maqomedov əyləşirlər.

Qeyd edək ki, sui-qəsdin əsas təşkilatçıları bir il əvvəl Çeçenistandan “müəmmalı şəkildə” yoxa çıxıblar. Bəzi məlumatlara görə isə, onlar yaxalanaraq nəzarət altında saxlanılırlar. Şübhəlilər cinayəti etiraf ediblər.


Müəllif: