27 Aprel 2017 16:40
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanın paytaxtı Aşqabadda dövlət mağazaları siqaretin qiymətini 19 manatdan 25 manata qaldırıb.

Teleqraf.com Türkmənistan mediasına istinadla xəbər verir ki, mağazalarda siqaret qıtlığı davam edir.

Satıcılar bunu ölkədə həyata keçirilən "Sağlamlıq ayı" ilə bağlı yuxarıdan gəlmiş şifahi göstərişlə izah edirlər. Deyilənə görə, mağazalarda siqaret yenidən bol olacaq, amma baha qiymətə.

Xatıraladaq ki, 25 türkmən manatı təxminən 7 dollardır.

Aprelin 16-da prezident Qurbanqulu Berdiməhəmmədov 2017-2021-ci illəri əhatə edən və siqaretlə mübarizəni nəzərdə tutan dövlət proqramını təsdiqləyib. Proqrama görə, 2025-ci ilədək ölkə tütündən tam azad olmalıdır.

MAHİR


Müəllif: