27 Aprel 2017 16:58
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Radasının Batkivşşina Partiyasından eks-deputatı 46 yaşlı Aleksandr Şepelev İnterpolun sorğusu əsasında Moskva polisi tərəfindən həbs edilib.

Teleqraf.com life.ru-ya istinadən xəbər verir ki, keçmiş millət vəkilinin həbsi üçün orderi 2014-cü ilin sentyabrında Kiyevin Peçersk rayon məhkəməsi imzalayıb.

Qeyd edək ki, keçmiş deputat öz ölkəsində sifarişli qətllər, dövlət əmlakının dağıdılması və ələ keçirilməsi, nəqliyyat vasitələrinin oğurluğundan gələn gəlirlərin leqallaşdırılması, həbsxanadan qaçmaqda ittiham edilir.


Müəllif: