27 Aprel 2017 18:01
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada 44 yaşlı biznesmen Viktor Yurçenko güllələnib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Yurçenkonun evinin qarşısında baş verib. Günorta vaxtı evinin qarşısında saxladığı avtomobilinə yaxınlaşan biznesmen naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs Yurçenkoya 4 atəş açıb.

Hadisədən sonra biznesmen ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Cinayəti törədən isə gizlənməyə müvəffəq olub.

Faktla bağlı araşdırmalara başlanıb.

Cinayətin törədilmə anı binanın təhlükəsizlik kamerasına düşüb. Həmin görüntüləri təqdim edirik:

Samir


Müəllif: