27 Aprel 2017 21:39
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının hərbi qolu olan HPG qruplaşması Bitlis əyalətində 12 türk hərbçisinin ölümü ilə nəticələnən son iki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə qruplaşmanın yaydığı açıqlamada bildirilir.

Məlumata görə, aprelin 25-də HPG terror qruplaşmasının qadınlardan ibarət "YJA-Star" dəstəsi Şeyx Kuma rayonunda yerləşən hərbi hissəni qumbaraatanlardan atəşə tutub. Nəticədə 10 hərbçi həlak olub.

Aprelin 26-da HPG terrorçuları Hizan rayonunda hərbçiləri atəşə tutublar. Nəticədə iki hərbçi həlak olub.
/APA/


Müəllif: