28 Aprel 2017 11:51
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ərdahan vilayətində bina tikintisi zamanı rus generalının tabutunun tapıldığını eşidəndə həyəcanlandım. Mən babamla bağlı çox araşdırmalar aparmışam.

"Ən sonda babamın Ermənistanın Gümrü şəhərində dəfn edildiyini öyrənmişdim. Lakin Gümrüdə dəfn edilənlərin siyahısında babamın adına rast gəlmədim. Bu səbəbdən də babamın dəfn edildiyi yeri axtarmaqda davam etdim".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Ərdahan vilayətində tabutu tapılan rus generalın nəticəsi Boris Akimov deyib.

O bildirib ki, babasının tabutunun fotoşəklini görəndə həyəcanlanıb:

“Çox şeylər üst-üstə düşür. Məsələn, babamın vəfat etdiyi tarix və yer. Üstəlik tabutda bilinən general rütbəsi”.

Generalın nəticəsi qeyd edib ki, tapılan tabutdakı nəşin babasına aid olub-olmadığını daha dəqiq bilmək üçün DNT analizi verməyə hazırlaşır.

Akimov bildirib ki, artıq Rusiyanın Ankaradakı səfirliyi ilə əlaqə saxlayıb və onun telefonunu götürüblər.

Xatırladaq ki, iki gün əvvəl Ərdəhanda bina tikintisi zamanı rus generalın tabutu aşkar edilib. Rus generalın Vasili German olduğu deyilir.

Cavad


Müəllif: