28 Aprel 2017 14:17
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramla Türkiyə-ABŞ münasibətlərində yeni səhifə açacağımıza inanıram.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atlantika Şurasının İstanbul zirvə görüşündə deyib.

Türkiyə dövlət başçısı bildirib ki, Trampdan daha qərarlı mövqe gözləyir: "Trampa görüşərkən qarşılıqlı əlaqələr və bölgədəki problemləri müzakirə edəcəyik. ABŞ-dakı dostlarımızdan Türkiyənin üz-üzə qaldığı təhdidləri yaxşı anlamalarıdır. ABŞ-ın Suriyada YPG və PYD ilə birgə hərəkət etməsi ortaqlıq ruhunu zədələyir".

Ərdoğan 15 iyul çevriliş cəhdinin başında dayanmış şəxsin Pensilvaniyada fəaliyyət göstərməsindən rahatsızlığını da dilə gətirib: "FETÖ rəhbərinin Türkiyəyə ekstradisiyası ABŞ-dan əsas gözləntimizdir".

MAHİR


Müəllif: