28 Aprel 2017 16:59
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm uğrunda bir çox alimlər canından keçməli olub və elmi işlərinə görə zərər çəkərək, sonrakı həyatlarını ağrı-acı içində keçiriblər.

Teleqraf.com xəbər verir ki, Yutub video-paylaşım şəbəkəsində yerləşdirilmiş videoda həmin insanlardan bəhs edilir.

Bunlardan biri məşhur İtaliya alimi Qalileo Qalileydir. Orta çağ Avropasında yaşamış astronom alimin bütün ömrü Vatikan kilsəsi ilə mübahisədə keçib. Günəşin kainatın mərkəzində olması fikrini müdafiə etdiyi üçün 2 dəfə inkivizisiya məhkəməsində mühakimə olunub. Edam və qovulma ilə təhdid olunaraq, sonda ömürlük ev dustağı edilib. Yaratdığı teleskoplar vasitəsilə kosmos və Günəşi müşahidə etməsi də ona baha başa gəlir. Belə ki, alim ömrünün son illərində kor olur.

Videoda haqqında danışılan daha bir şəxs isveç əsilli, alman əczaçı və kimyaçı alimi Karl Vilyamdır. O, oksigen, xlor kimi elementləri kəşf edib. Əlavə olaraq qleserol, laktikosid və hidrogen-sionid kimi kimavi elementləri tapıb. Alimin maraqlı bir adəti vardı ki, o, yaratdığı kimyəvi elementlərin dadına baxırdı. Elə bu da onun ölümünə səbəb olub. Birinci dəfə zəhərlənmədən xilas olsa da, 1986-ci il mayın 21-də civə zəhərlənməsi səbəbindən həyatını itirir.

Həmin videonu təqdim edirik.

Şəfiqə Nazimqızı


Müəllif: