28 Aprel 2017 17:08
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva və Ankara Rusiya zenit-raket kompleksi – S-400-lərin alğı-satqısına dair prinsipial razılaşma əldə edib. Hazırda qiymətlə bağlı danışıqlar aparılır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Prezident Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 3-də Soçidə keçiriləcək görüşündə Ankaraya S-400-lərin çatdırılması məsələsi müzakirə oluna bilər.

“Biz Rusiya ilə S-400-lərin alınmasına dair prinsipial razılıq əldə etmişik. Hazırda onların birgə icrası və qiyməti ilə bağlı danışıqlar aparılır. Biz hava hücumundan müdafiə sistemini NATO-dan almaq istəyirdik. Ancaq təəssüf ki, onlar bizim vəziyyətimizə uyğun gəlmədi”, - Çavuşoğlu bildirib.

Bir qədər öncə “Rostex”in rəhbəri Sergey Çemezov Türkiyənin Rusiyadan S-400-ləri kredit yolu ilə almaq istədiyini açıqlamışdı. Hazırda danışıqlar Rusiyanın Maliyyə Nazirliyi ilə aparılır.

Səxavət


Müəllif: